Salam. Kiçik, sakit, səssiz, təmiz və səliqəli oteldir. Otaqlarda dəsmallar bizim sevdiyimiz kimi ağappaq, tərtəmiz. Yeməkləri açıq bufet sistemi üzrə təmiz, səliqəli, dadlı. Personal diqqətcil, dəqiq, stolun üstündə boş qab və ya kirli bir şey görmək mümkün deyildi, yemək bitər bitməz kirli
qablar yığışdırılır, bir yerə bir damcı bir şey düşsə o dəqiqəcə təmizlənir. Otelin girişi eyni fotodakı kimi gül çiçəklə əhatə olunub. Hovuzun suyu tərtəmiz. İndiyə qədər gördüyüm ən gözəl 3* dur. Personaldan hər biri qonaqlarla evlərindən biri kimi davranır, Marmarisə təkrar gəlsəm otel axtarmağa ehtiyac yoxdur, düşünmədən yenə bu oteli seçərəm. Kontingent olaraq hər millətdən insanlar var. Otelin qonaqları da personalı kimi mehriban və gülərüzdür. İnsan özünü evindəki kimi hiss edir. Ümüd edirəm bu səviyyəni həmişə qoruyub saxlayacaqlar.
Подробнее